Ru
09:19 / 15 Mart 2023

REAL TV 5 yaşında!

REAL TV 5 yaşında!
Eye

Bu gün REAL TV-nin ad günüdür.


Bakupost.az xəbər verir ki, telekanalın 5 yaşı tamam olur.


"Real Təhlil İnformasiya Mərkəzi" MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dan 02:00-dək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib.

17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.

23 aprel 2019-ci ildə "Real TV" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar