Ru
15:59 / 20 İyun 2024

Rəsmi nikah olmadan kəbin kəsilməsin - Deputat

Rəsmi nikah olmadan kəbin kəsilməsin -  Deputat
Eye

Rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza mexanizmi olmalıdır.





Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, belə nikahlar uzun müddət davam etmir: “Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur”.

“Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsin. Bu sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır”, - C.Məmmədov əlavə edib.

Şərhlər
  • Adam

    Bəli. Birmənalı. Rəsmi nigah olmayan nigah qanuni sayılmır. Kim nə deyir, desin. Bunun adı başqadır. Ailə institutu möhkəm olmalıdır. Uşaqlar yalnız qanuni nigahda doğulmalıdır. Uşaqpulu verilsə, yalnız qanuni yolla doğulan uşaqlara verilməlidir. Tərbiyəsizlik baş alıb, gedir. Çox ciddi addımlar atılmalıdır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar