Ru
17:32 / 18 Avqust 2026

Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər

Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər
Eye

2027-ci ildə Tayvanda süni intellektdən əldə edilən dividendlər hesabına hər bir vətəndaşa 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcək.

"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məqsədlə ümumilikdə 235,7 milyard Tayvan dolları (12 milyard 580 milyon AZN) ayrılacaq.

Bildirilib ki, bu qərarın qəbul edilməsinə səbəb cari ildə Tayvan iqtisadiyyatının gözləniləndən daha yaxşı göstəricilər nümayiş etdirməsidir. Əldə olunan yüksək nəticələr süni intellektə artan qlobal tələb fonunda yarımkeçiricilər sənayesinin, informasiya-kommunikasiya texnologiyalarının və istehsal zəncirlərinin inkişafı, həmçinin bu sahədə sifarişlərin, tədarüklərin və investisiyaların artması ilə bağlıdır.

Vətəndaşlara birdəfəlik müavinətin ödənilməsinin dövlət büdcəsində kəsirin və ya dövlət borcunun artmasına səbəb olmayacağı bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar