Ru
09:09 / 11 Avqust 2022

Röya Şəhidin sevgilisinə yazdığı sözlərə mahnı oxudu - VİDEO

13065
Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.


Bakupost.az xəbər verir ki, bu barədə o, İnstaqramda paylaşım edib.

“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”,- deyə müğənni, bildirib.


Mahnı “Yada düşürsən” adlanır. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə həsr olunan sözləri qiraət edib.

Qeyd edek ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.




Şərhlər
  • t.ədalət

    Şəhidlərimizə Allah rəhmət eləsin!Ancaq,belə ürək parçalayan,ağrısı ilə qəlbimizi talan eləyən dərdli mahnılarla nakam bir məhəbbətin yükü altında çırpınan insanın kədərini təzədən şəkilləndirmək də lazım deyil..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər