Ru
22:07 / 20 İyul 2024

Rumıniyada zooparkda taun aşkar edildi

Rumıniyada zooparkda taun aşkar edildi
2853

Rumıniyanın Baya kəndində zoopark fermasında xırdabuynuzlu heyvanların taun xəstəliyi aşkar edilib.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Baytarlıq Sağlamlığı və Qida Təhlükəsizliyi üzrə Milli Administrasiya məlumat yayıb.

Mövcud qanunvericiliyə görə, yerli hakimiyyət orqanları zooparkın ərazisində bütün mal-qaranı dərhal kəsilərək basdırılması barədə qərar verilib.

Virusun ətrafında mühafizə zonası (3 km radius) və müşahidə zonası (10 km radius) yaradılıb, insanların, heyvanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq üçün tədbirlər görülüb.

Tulça qraflığının bütün heyvandarlıq təsərrüfatları, qonşu əyalətlər, həmçinin Avropa Komissiyası və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı epidemiya barədə məlumatlandırılıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar