Rusiya işğalçı qüvvələrinin Zaporojye vilayətindəki ayrı-ayrı taqımları hücuma keçməkdən imtina edir. Onlar hərbi polis tərəfindən saxlanılıblar.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə 1440-cı motoatıcı alaydan olan "ATEŞ" hərəkatının agentləri məlumat veriblər.
"Hər kəs başa düşür ki, Ukrayna ordusunun müdafiəsinə hücum etmək bir istiqaməti olan yoldur birtərəflidir. Belə hallar getdikcə tez-tez baş verir”, - məlumatda deyilir.
Qeyd olunur ki, bununla əlaqədar Rusiya hərbi rəhbərliyi həmin birləşmələri çağırışçılarla əvəz edərək bu əraziyə yeni bölmələr cəlb etməyi planlaşdırır:
"Bu, hərbi-siyasi rəhbərliyin yeni çağırışçıların "xüsusi əməliyyat"da iştirak etməyəcəklərinə dair verdiyi zəmanətlər fonunda baş verir. Lakin onlar yalan danışmasalar, özləri olmazdılar".
Zaur, BakuPost