Hərbi jurnalist Sergey Postnov Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı həlak olub.
Bakupost.az xəbər vetir ki, o, Rusiya Qvardiyasının Kütləvi İnformasiya Vasitələri ilə Qarşılıqlı Əlaqə Departamentinin 1-ci idarəsinin informasiya-cavab qrupunun rəisi, polkovnik vəzifəsində çalışıb.
Müxtəlif qaynar nöqtələrdə qoşunlara informasiya dəstəyi tapşırıqlarını yerinə yetirib.
Qeyd edək ki, o, müxbir, daha sonra rayon "Zorkiy Sentry" qəzetinin redaktoru, həmçinin "Döyüş postunda" jurnalında redaktor işləyib. 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Suvorov medalı ilə təltif edilib.
Onun ölümünün təfərrüatı açıqlanmır.
Fəridə
Baku Post