Ru
13:49 / 09 İyun 2024

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir - VİDEO

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir - VİDEO
Eye

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki, Goran dəmir yolu stansiyasında 50 yük platformasına 60 avtomobil, Bərdə dəmir yolu stansiyasında isə 8 platformaya 12 yanacaq çəni yüklənərək Rusiya istiqamətinə yola salınıb.

Hazırda Goranda daha 67 avtomobil yüklənməyə hazırlanır.

Qeyd edək ki, apreldə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Xatırladaq ki, 19 aprel Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmasların nəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndlərini Azərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildə delimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasına dair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti qələbəsi oldu.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar