Ru
20:17 / 22 Aprel 2024

"Rusiya Azərbaycandan zəmanət istəyir"- Zərdüşt Əlizadə Moskva görüşü haqda

3323
“Azərbaycan və Rusiyanı ortaq maraqlar birləşdirir. Dövlətlər arasında səmərəli əməkdaşlığın əsasını ortaq maraqlar təşkil edir. Azərbaycan maraqlıdır ki, Qarabağ məsələsinə son qoysun. Rusiya da bunu istəyir və artıq bölgəni münaqişə vasitəsi etmək fikrindən uzaqdır. Rusiya başa düşdü ki, münaqişə qurtarıb, Azərbaycan münaqişənin davamına imkan vermədi”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə Prezident İlham Əliyevin Moskva səfərini şərh edərkən deyib.

O, daha sonra bunları əlavə edib:

“Azərbaycan maraqlıdır ki, Ermənistanla sülh olsun. Rusiya da bunun əleyhinə deyil. Çünki Ermənistanı itaətdə saxlmaq üçün onun başqa imkanları var və onlardan istifadə edir. Azərbaycan istəyir ki, kommunikasiyalar açılsın, tranzit qovşağına çevrilsin. Rusiya da bunu istəyir. Çünki Avropayla münasibətləri uzun müddətdir ki, korlanıb, Avropaya və Şimala yolu bağlıdır. Burda onun yolu yalnız Qafqazdan keçə bilər. Ona görə istəyir ki, Azərbaycandan İrana, Türkiyəyə, yaxın Şərqə, azad sulara yol açılsın. Rusiya istəmir ki, Şimali Qafqazda hansısa bir qeyri-sabitlik olsun, "milli azadlıq hərakatı" başlasın. Rusiya istəyir, Azərbaycan zəmanət versin ki, Şimali Qafqazda onun əleyhinə iş aparmayacaq. Azərbaycana da belə bir iş lazım deyil. Azərbaycan maraqlıdır ki, Rusiyada sabitlik olsun. Yəni bu ortaq maraqlardır. Bunların əsasında təbii ki, hansısa ticari məsələlər var. O məsələlər də sözügeən razılaşmalar əsasında həll olunur”.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər