Rusiya bu ilin sonunadək bir sıra məhsul və avadanlıqların ixracına qadağa qoyub.
Bakupost.az rus mediasına istinadən xəbər verir ki, siyahıda texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, elektrik avadanlıqları, o cümlədən dəmiryol vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, konsollar və panellər daxil olmaqla ümumilikdə 200-dən çox məhsul və avadanlıq yer alıb.
Qeyd edək ki, bu siyahı Qərbin sanksiyalarına cavab olaraq müəyyənləşdirib.