Ru
12:20 / 02 Avqust 2025

Hakim Ənvər Seyidov vəfat etdi

Hakim Ənvər Seyidov vəfat etdi
Eye

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, o, avqustun 2-də müalicə olunduğu Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışıb. Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib. 1990-cı ildən Ali Məhkəmənin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləyib. Hərbi polkovnikdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar