Ru
13:21 / 02 Avqust 2025

XTQ şəhidinin atası vəfat etdi - FOTO

XTQ şəhidinin atası vəfat etdi - FOTO
Eye

Aprel döyüşlərinin şəhidi Orxan Hümbətovun atası dünyasını dəyişib.

Bakupost.az "unikal.org"a istinadən məlumat verir ki, şəhid atası 63 yaşlı Kazım Hümbətov ötən gün xəstəlikdən vəfat edib.

Mərhum Şəkinin Kiş kəndində dəfn olunacaq.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələri giziri Orxan Hümbətov 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar