Ru
13:16 / 02 Avqust 2025

Rusiyaya dəhşətli hücum: “Şahed”lərin bazası və hərbi zavod vuruldu - VİDEO

Rusiyaya dəhşətli hücum: “Şahed”lərin bazası və hərbi zavod vuruldu - VİDEO
Eye

Ukraynanın uzaqmənzilli aviasiyası Rusiyada iki strateji obyekti hədəfə alıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk hədəf Krasnodar diyarında yerləşən “Primorsko-Axtarsk” hərbi aerodromu olub. Məlumata görə, burada Ukraynaya qarşı istifadə olunan “Şahed” tipli dronların saxlandığı və buraxıldığı məntəqə yerləşir. Ukrayna PUA-ların aerodrom ərazisinə endirilməsindən sonra güclü yanğın baş verib.

İkinci hədəf isə Rusiya Müdafiə Nazirliyinin maraqları çərçivəsində fəaliyyət göstərən “Elektropribor” zavodu (Penza şəhəri) olub. Partlayışlardan sonra ərazidə tüstülənmə müşahidə olunur.

Lalə,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar