İsveçrədə, Cenevrə gölündə yerləşən Fleur d'Eau ("Su çiçəyi") adlı villa satışa çıxarılıb. Burada o dövrdə dünyanın iki supergücünün liderləri, SSRİ rəhbəri Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan 19 noyabr 1985-ci ildə görüşmüşdülər.
Bakupost.az xəbər verir ki, villanın qiyməti 29 milyon ABŞ dollarıdır.
Villanın sahəsi 1000 kvadratmetrdir. 12 otağı var. 1867-ci ildə bir bankirin sifarişi ilə tikilib.
Hazırkı sahibi olan beynəlxalq şirkət villanı 1996-cı ildə təxminən 2 milyon dollara satın alıb. Villada Monblanın gözəl mənzərəsinə malik 1200 kvadratmetrlik bağ da var.
Asena,
BakuPost