Ru
21:56 / 25 Dekabr 2025

Suriyada yeni valyuta tədavülə buraxılacaq

Suriyada yeni valyuta tədavülə buraxılacaq
Eye

"Suriyanın yeni valyutası dövriyyəyə buraxılacaq və bu, yeni iqtisadi mərhələ olacaq".


Bakupost.az xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Hasriya deyib.

"Yeni Suriya valyutası azadlıqdan sonra maliyyə suverenliyimizin simvoludur, Suriya Mərkəzi Bankının idarəetməsi və hər kəsin əməkdaşlığı ilə qurulan yeni mərhələnin başlanğıcını göstərir. Bu, azadlıq anından bəri əldə edilən nailiyyətlərə əlavə olaraq, milli uğur, sabitlik və iqtisadi bərpa yolunda atılmış möhkəm addım olacaq", - deyə o vurğulayıb

Əl-Hasriya qeyd edib ki, yeni valyutanın detalları dekabrın 28-də keçiriləcək iclas zamanı açıqlanacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar