Ru
21:22 / 25 Dekabr 2025

Ramzan Kadırov İlham Əliyevi təbrik etdi

Ramzan Kadırov İlham Əliyevi təbrik etdi
Eye

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakupost.az xəbər verir ki, məktubda bildirilir.

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin həyat yolunuz böyük məsuliyyət hissinə və öz xalqına sədaqətə malik qətiyyətli, iradəli və cəsur bir insanın yoludur.

Məlumdur ki, Siz uzun illər ərzində fəaliyyətinizlə Azərbaycanın vətəndaşları, onların rifahı və təhlükəsizliyi naminə çox böyük işlər görmüsünüz, ən çətin vəziyyətlərdə özünüzü mətinliklə və ləyaqətlə aparmış, qarşıya qoyulan vəzifələri yerinə yetirmisiniz.

Azərbaycanda həyata keçirdiyiniz islahatlar kursu, siyasi sabitliyin möhkəmləndirilməsi və milli iqtisadiyyatın inkişafı, vətəndaşların rifahının yüksəldilməsi Sizə xalqın ən yüksək etimadını qazandırmışdır.

Əminəm ki, Siz daha parlaq gələcəyə doğru çox addımlar atacaqsınız, iş təcrübəniz və məsuliyyətiniz Azərbaycan xalqının maraqları naminə nəzərdə tutulan bütün planların həyata keçməsinə kömək edəcəkdir.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, uzun ömür, davamlı sülh, firavanlıq arzulayıram".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar