Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya (2009-2012) oktyabrın 4-də prezident sarayına basqın təşkil etdiyinə görə Tiflisdə saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.
Əlavə informasiya verilmir.
Qeyd edək ki, 9 il həbs həyatı yaşayan B.Axalaya 2022-ci ildə azadlığa buraxılmışdı. Saakaşvili dönəminin naziri casusluqda şübhəli bilinən Serqo Tetradzeyə qarşı işgəncələrin təşkilində təqsirli bilinirdi.