Ru
21:46 / 25 Dekabr 2025

Zelenski onlarla telefonda danışdı

Zelenski onlarla telefonda danışdı
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında məlumat yayıb.

Zelenski söhbət zamanı tərəflər arasında ortaq nəticələrə gəlmək və davamlı sülhə nail olmaq üçün effektiv ideyaların səsləndirildiyini bildirib. O, bu “Milad razılaşmaları”nın və müzakirə olunan planların gələcəkdə böyük fayda verəcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Zelenski bundan əvvəl Kiyevin Rusiya ilə münaqişə başa çatdıqdan sonra ölkənin yenidən qurulması üçün 800 milyard dollar vəsait toplamağı hədəflədiyini açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar