Ru
23:20 / 25 Dekabr 2025

Trampın steyblkoininin kapitallaşması rekord həddə çatdı

Trampın steyblkoininin kapitallaşması rekord həddə çatdı
Eye

ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən buraxılan USD1 adlı dollar steyblkoininin bazar kapitallaşması ilk dəfə 3 milyard dolları ötüb.

Bakupost.az xəbər verir ki, bu barədə "World Liberty Financial" (WLF) şirkətinin nümayəndələri "X" sosial şəbəkəsində məlumat yayıblar.

Bildirilib ki, dekabrın 24-dən sonra ötən bir sutka ərzində USD1-in bazar kapitallaşması 200 milyon dollardan çox, yəni təxminən 7.5 faiz artıb.

Təklifin artması əsasən "Ethereum" blokçeynində yeni tokenlərin emissiyası hesabına baş verib. Bu şəbəkədə USD1 tokenlərinin ümumi həcmi 860 milyon dolları keçib.

Bununla yanaşı, tokenlərin ən böyük hissəsi hələ də "Binance" tərəfindən inkişaf etdirilən "BNB Chain" blokçeynində cəmlənib və bu göstərici 1.9 milyard dollardan çoxdur. Təxminən 135 milyon dollar dəyərində USD1 tokeni isə "Solana" (SOL) şəbəkəsində buraxılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar