Ru
16:38 / 02 Avqust 2025

Məşhur aktrisanın keçmiş həyat yoldaşına silahlı hücum edildi

Məşhur aktrisanın keçmiş həyat yoldaşına silahlı hücum edildi
Eye

Türkiyənin məşhur aktrisası Ezgi Molanın keçmiş həyat yoldaşı Mustafa Aksakallı Alaçatıda sahibi olduğu məkanda silahlı hücuma məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.

Hadisə şahidləri baş verənlərlə bağlı kadrlar çəkə biliblər. Videoda müştərilərin təlaş içində qapı və pəncərədən qaçdıqları aydın görünür.

Hadisə müştərilər arasında baş verən gərginlik fonunda yaşanıb. Bildirilib ki, məkanda dava edən iki nəfər Aksakallıya atəş açaraq onun ayağından yaralanmasına səbəb olub.

Silahlı insident zamanı Aksakallının bir əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb. Hücum edən şəxslərin kimliyi və motivləri araşdırılır.

Mustafa Aksakallının vəziyyətinin stabil olduğu bildirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar