Ru
18:39 / 02 Avqust 2025

Nəqliyyat nazirinin müavini saxlanıldı

Nəqliyyat nazirinin müavini saxlanıldı
Eye

Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablaliyev saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Məlumatı şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib. Lakin saxlanılmanın səbəbləri hələlik açıqlanmayıb.

Bu arada internetdə 78 min dollar rüşvət alınması və mümkün qeyri-qanuni himayə də daxil olmaqla, təsdiqlənməmiş versiyalar yayılır.

Korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti saxlanılma ilə bağlı məlumatı nə təsdiq edə bilib, nə də təkzib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar