Ru
19:33 / 02 Avqust 2025

Hindistandan ABŞ-a REST: Rusiya neftindən imtina etməyəcəyik!

Hindistandan ABŞ-a REST: Rusiya neftindən imtina etməyəcəyik!
Eye

Hindistan ABŞ prezidenti Donald Trampın sərt bəyanatlarına baxmayaraq, Rusiya neftini almaqdan əl çəkməyəcək.

Bakupost.az xəbər verir ki, ölkə hakimiyyəti öz siyasətinə yenidən baxmağa əsas görmür.

“Nyu-York Tayms” qəzeti Delhidəki iki yüksək vəzifəli məmura istinadən məlumat yayıb ki, Hindistan Rusiya neftini almaqda davam edəcək. Onlar vurğulayblar ki, tədarükün azaldılması ilə bağlı göstəriş yoxdur və ölkənin siyasəti dəyişməz qalır.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval da Delhinin kursu dəyişməyi planlaşdırmadığını bildirib.

“Bizim digər ölkələrlə qarşılıqlı faydalı münasibətlərimiz onların dəyərinə əsaslanır və üçüncü ölkələrin təsəvvürləri prizmasından baxılmamalıdır”,- deyə o bildirib.

Hazırda Hindistan Rusiya neftinin idxalına görə dünyada Çindən sonra ikinci yerdədir.

Almaqdan mümkün imtina barədə məlumat Trampın sözlərindən sonra ortaya çıxmışdı, lakin Hindistan mediası artıq bu cür xəbərləri etibarsız adlandırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar