Ru
20:05 / 02 Avqust 2025

İsraildən Qəzzaya yardım: Havadan 90 qutu çatdırıldı

İsraildən Qəzzaya yardım: Havadan 90 qutu çatdırıldı
Eye

Ölkəmizlə BƏƏ, İordaniya, Misir, Fransa və Almaniya arasında əldə olunan razılaşmaya əsasən, İsrail Müdafiə Qüvvələri Hökumətin Ərazilərdəki Fəaliyyətinin Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə son saatlar ərzində Qəzza sektoruna havadan 90 qutu həcmində humanitar yardım buraxılıb”.


Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, bu addım bölgədə yaşayan dinc əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması xarakteri daşıyır.

Məlumatda, həmçinin regionda aclığın hökm sürdüyü barədə informasiya təkzib edilib.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri beynəlxalq ictimaiyyətin dəstəyi ilə Qəzza zolağında humanitar şəraitin daha da yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar