Ru
18:18 / 02 Avqust 2025

Azyaşlıya qarşı əxlaqsızlıq edən kişi HƏBS EDİLDİ - RƏSMİ

Azyaşlıya qarşı əxlaqsızlıq edən kişi HƏBS EDİLDİ - RƏSMİ
Eye

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.


Bu barədə Bakupost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.


Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.


Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

16:59

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, sosial şəbəkələrdə və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib.

Şübhəli şəxs dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar