Ru
14:28 / 02 Avqust 2025

Ənənəvi sünnət ayinləri zamanı 39 yeniyetmə öldü

Ənənəvi sünnət ayinləri zamanı 39 yeniyetmə öldü
Eye

Cənubi Afrikada (CAR), kosa xalqı arasında ildə iki dəfə keçirilən ulvaluko adlı ənənəvi sünnət ayini bu il də faciə ilə nəticələnib.

Bakupost.az Qaynarinfo-ya xəbər verir ki, məlumatlara əsasən, 2025-ci ildə bu mərasim zamanı 39 yeniyetmə ölüb, yüzlərlə gənc isə ağır xəsarətlər alıb. Yaralanmalar arasında cinsiyyət orqanının amputasiyası kimi ciddi hallar da qeydə alınıb.

Ulvaluko ayini oğlan uşaqlarının kişi sayıldığı mərhələni rəsmi şəkildə qeyd edir. Ayində iştirak etməyənlər qəbilə içində sosial izolyasiya ilə üzləşir, ictimai yığıncaqlarda iştirak və evlənmək hüququndan məhrum edilirlər. Bu üç həftəlik ayin adətən uzaq dağlıq ərazilərdə qurulmuş xüsusi daxmalarda - inisiasiya məktəblərində həyata keçirilir.

Cənubi Afrika hökumətinin məlumatına görə, ölkədə yüzlərlə qeyri-qanuni inisiasi məktəbi fəaliyyət göstərir. Bu məktəblər tez-tez cinayətkar dəstələrin nəzarətində olur. Orada çalışanlar nə tibb təhsili almış, nə də sterilizasiya qaydalarına əməl edən şəxslərdir. Onlar sünnət əməliyyatı üçün itilənmiş nizə ucluqları, köhnə ülgüclər və çirkli bıçaqlardan istifadə edirlər. Bu alətlər bir neçə dəfə dezinfeksiya olunmadan istifadə edilir.

Bəzi bu cür məktəblər adəti biznesə çeviriblər: yeniyetmələr oğurlanır, məcburi şəkildə sünnət edilərək, valideynlərindən övladlarını qaytarmaq üçün pul tələb olunur.

Demək olar ki, hər bir yeniyetmə bu mərasimdən sonra iltihab, infeksiya və ağır xəstəliklərlə üzləşir. Onların əksəriyyəti həftələrlə xəstəxanada qalmalı olur. Ən ağır hallarda isə sağalmırlar. 2024-cü ildə bu ayin nəticəsində 93 ölüm halı qeydə alınmışdı. Ölüm səbəbləri əsasən infeksiyalar, qan zəhərlənməsi (sepsis) və susuzlaşma olub.

Son illərdə Cənubi Afrika hakimiyyəti bu qanunsuz məktəbləri bağlamaq və təşkilatçıları məsuliyyətə cəlb etmək üçün tədbirlər görür. Hədəf 2025-ci ilə qədər bu ölümlərin tam qarşısını almaq idi, lakin bu məqsədə hələ də tam nail olunmayıb.

Qeyd edək ki, bəzi hallarda yeniyetmələrin bu ayində iştirakdan imtinasına görə öldürüldüyü də bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar