Ru
13:03 / 02 Avqust 2025

Kanalda boğulan ata və oğulun meyiti sudan çıxarıldı

Kanalda boğulan ata və oğulun meyiti sudan çıxarıldı
Eye

Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində batan ata və oğlunun meyitləri sudan çıxarılıb.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, sudan çıxarılan şəxslərin Elvin Ağayev və onun oğlu Mövsüm Ağayev olduğu bildirilir.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunmuşdu.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar