Ru
12:49 / 02 Avqust 2025

Bakıda "Formula 1"ə hazırlıqlar BAŞLADI

Bakıda "Formula 1"ə hazırlıqlar BAŞLADI
Eye

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə marşallar üçün növbəti təlim təşkil olunub.

Bakupost.az xəbər verir ki, Avropa Oyunları Parkında gerçəkləşən təlim nəzəri və praktiki hissələrdən ibarət olub.

Təlimin nəzəri hissəsində marşallar yarış zamanı üzləşə biləcəkləri müxtəlif vəziyyətlər üzrə məlumatlandırılıb, beynəlxalq standartlara uyğun davranış qaydaları ilə tanış olublar. Praktiki mərhələdə isə onlar simulyasiya şəraitində təlim keçərək yarış zamanı baş verə biləcək hadisələrə ilkin müdaxilə, təhlükəsizlik tədbirləri və digər mühüm prosedurlar üzrə bacarıqlarını təkmilləşdiriblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar