Ru
17:43 / 02 Avqust 2025

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi
Eye

Rusiyanın Yekaterinburq şəhərində Sortirovka adlı ərazidə azərbaycanlılara məxsus bazar ləğv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu addım Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı diasporasına təzyiqi ilə bağlı ola bilər.

Bənzər addımların Moskvadakı azərbaycanlı sahibkarlara məxsus "Sadovod" və "Food City" bazarlarına da şamil oluna biləcəyi deyilir.

Qeyd edək ki, avqustun 1-i Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının və diaspor üzvlərinin ticarətlə məşğul olduqları mini-bazarın söküldüyü ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılmışdı.


Xatırladaq ki, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin adı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin "Axtarılanlar" siyahısına salınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar