Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.
“Qarşıdan prezident seçkiləri gəlir. Seçkilər 2027-ci ildə olacaq. Mən belə düşünürəm”, - nazir qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl seçkilərin öz vaxtında - 2028-ci ildə keçiriləcəyini bildirmişdi.