Ru
21:13 / 08 Dekabr 2025

Orbanla müəyyən etdik: Yeni hədəf... - Ərdoğan

Orbanla müəyyən etdik: Yeni hədəf... - Ərdoğan
Eye

Bugünkü görüşdə ikitərəfli münasibətlərlə yanaşı, enerji, nəqliyyat, ticarət, müdafiə və mədəniyyət kimi sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək öhdəliyimizi növbıti dəfə təsdiqlədik.

Bakupost.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla İstanbulda keçirdiyi görüş ilə bağlı mətbuat konfransında danışarkən deyib.

Ərdoğan qeyd edib ki, iki ölkə arasında aviasiya və təhlükəsizlik də daxil olmaqla bir sıra sahələrdə münasibətləri gücləndirəcək müxtəlif sənədlər imzalanıb:

"Siyasi münasibətlərimizdə əldə etdiyimiz müstəsna səviyyənin iqtisadi təsirini də görürük. Cənab Orbanla müəyyən etdiyimiz 6 milyard dollarlıq ticarət həcmi hədəfimizə çatmağa yaxınıq. Aramızdakı güclü ticarət potensialını nəzərə alaraq, həcm hədəfimizi 10 milyard dollara çatdırmağı müzakirə etdik".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar