Ru
23:33 / 08 Dekabr 2025

Taksi sürücüsünü öldürüb qaçan şəxsə 17 il 8 ay iş verildi

Taksi sürücüsünü öldürüb qaçan şəxsə 17 il 8 ay iş verildi
Eye

Türkiyənin İzmir vilayətində taksi sürücüsü Oğuz Ergenin öldürülməsi ilə bağlı işdə məhkəmə qərarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, cinayəti törədən Delil Aysal 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Delil Aysal 1 fevral 2023-cü ildə maska taxaraq taksiyə minib və bir neçə ünvan gəzdikdən sonra pul verirmiş kimi davranaraq sürücünü güllələyib. Daha sonra o sürücünün telefonunu və qulaqlığını götürərək qaçıb.

70 təhlükəsizlik kamerasından götürülmüş videogörüntülərin 110 saat araşdırılmasından sonra cinayətkar polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar