Ru
20:28 / 08 Dekabr 2025

Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA

Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
Eye

Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanmasından yaranan tüstülənmədən 18 nəfər zəhərlənib. Şirvan-Salyan Regional Təhsil İdarəsi baş vermiş hadisəyə münasibət bildirib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, qurum məlumatında idarənin tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi İdarənin əsas prioritetləri arasında olduğunu bildirir:

"Salyan rayonu Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Adıçəkilən təhsil müəssisəsinin təmiri və tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir. Hazırda təhsil müəssisəsi müvəqqəti olaraq odun sobaları ilə qızdırılır. Yuxarı Noxudlu məktəbi də daxil olmaqla yaxın günlərdə 5 təhsil müəssisəsinin mavi yanacaqla təchizatı başa çatacaq və istilik mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Təhsil müəssisələrinin mütəmadi olaraq qazla təchiz edilməsi, cari və əsaslı təmirə ehtiyacı olan müəssisələrin müəyyənləşdirilməsi və bu sahədə müvafiq tədbirlərin görülməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ciddi nəzarətindədir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar