Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ixracına görə tranzit üçün rüsum almayacaq.
Bakupost.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan neft məhsullarının ölkəsinə ixracı məsələsi barədə danışarkən deyib.
O bildirib ki, bu barədə gürcü həmkarı ona şəxsən məlumat verib:
“İlk tranzit üçün Gürcüstan ödəniş tələb etməyəcək. Daha sonra təbii ki, təşkilatların ödəməli olduğu tranzit haqları olacaq”.