Ru
18:44 / 08 Dekabr 2025

Ermənistan üçün yeni gərginlik dalğasının - ŞOK DETALLARI

Ermənistan üçün yeni gərginlik dalğasının - ŞOK DETALLARI
Eye

Diaspor mərkəzlərində kilsənin fəallaşması mübarizəni beynəlxalq müstəviyə daşıyır. Livan, Kanada və Rusiya kimi mərkəzlərdə kilsə aktivləşib.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlamasında deyib.

Ekspert bildirib ki, bu, Paşinyan hakimiyyətinə əlavə təzyiq yaradır.

T.İsmayılov deyib ki, Ermənistanın daxili siyasəti xarici təsirlərlə daha da mürəkkəbləşir:

“Kilsə Qarabağ məsələsini gündəmdə saxlamaqla revanşist mövqeyini gücləndirir. Bu, regionda yeni risklər yaradır. Paşinyanın qərbyönlü kursu isə Qərb dairələrində dəstəklənir. Lakin daxildə kilsənin təsirini tamamilə zəiflətmək çətin görünür”.

Siyasi şərhçi vurğulayıb ki, mübarizə həm ideoloji, həm də siyasi səviyyədə davam edir:

“Hökumət modernləşmə və sekulyar siyasəti müdafiə edir. Bu qarşıdurma Ermənistanın gələcək inkişaf yolunu müəyyənləşdirəcək. Paşinyan hakimiyyətinin qalib gəlməsi üçün daxili sabitliyi qorumaq vacibdir. Lakin kilsənin “ideoloji” dayaqları bu prosesi çətinləşdirir. Ermənistan üçün yeni gərginlik dalğası qaçılmaz görünür. Kilsə diaspor vasitəsilə beynəlxalq səviyyədə təsir imkanlarını genişləndirir. Bu, hökumətin manevr imkanlarını daraldır.

Nikol Paşinyan modern dövlətçilik uğrunda mübarizə apardığını desə də, o da müxaliflərə qarşı təzyiqləri gücləndirib. Lakin Paşinyanın kilsəyə məğlub olma ehtimalları hələlik real görünmür”.

Tural İsmayılovun sözlərinə görə, Paşinyanın himn və bayraq təşəbbüsü də Ermənistan siyasətində yeni mübahisə doğurur:

“Baş nazirin kilsələrdə dövlət atributlarının tətbiqi ideyası dini məkanların milli identikliklə daha sıx bağlanmasını hədəfləyir. Bu, həm dövlətin legitimliyini gücləndirmək, həm də kilsənin təsirini siyasi çərçivəyə salmaq cəhdi kimi görünür.

Bayrağın kilsələrdə yerləşdirilməsi ideyası isə milli rəmzlərin dini məkanlarda görünməsini artıracaq. Bu, bir sıra ölkələrdə mövcud olan praktikanın Ermənistana gətirilməsi kimi təqdim olunur. Lakin kilsənin siyasi müstəvidə müstəqil mövqeyi nəzərə alınarsa, təşəbbüs ciddi müqavimətlə qarşılaşa bilər. Paşinyanın təklifi həm də kilsənin təsirini dövlət atributları ilə balanslaşdırmaq niyyətini əks etdirir. Bu, kilsənin siyasi ritorikasını zəiflətmək üçün simvolik vasitə ola bilər. Kilsə isə bunu öz muxtariyyətinə müdaxilə kimi qələmə verə bilər.

Təşəbbüsün diaspor və beynəlxalq müstəvidə də rezonans doğurması mümkündür. Çünki dövlət atributlarının dini məkanlarda tətbiqi milli kimlik məsələsini daha da aktuallaşdırır. Bu isə Ermənistanın daxili ideoloji parçalanmasını yeni müstəviyə daşıya bilər.

Beləliklə, Paşinyanın himn və bayraq təşəbbüsü sadəcə simvolik addım deyil, həm də siyasi-ideoloji mübarizənin bir hissəsidir. Bu təşəbbüsün qəbul olunması və ya rədd edilməsi Ermənistanın dövlət–kilsə münasibətlərində yeni mərhələ açacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar