Ukrayna Prezidenti Volodimir Zelenski Londonda səfərdədir.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, onu hava limanında Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı qarşılayıb.
Qeyd edək ki, Ukrayna lideri daha əvvəl Londonda və Brüsseldə Avropa ölkələrinin başçıları ilə görüşlər planlaşdırdığını açıqlamışdı.
Yasəmən,
Bakupost