Ru
15:23 / 08 Dekabr 2025

Məmməd İbrahimin şikayəti ilə bağlı qərar verildi

Məmməd İbrahimin şikayəti ilə bağlı qərar verildi
Eye

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaqla AXCP sədri Əli Kərimli ilə birgə həbs edilən partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin apellyasiya şikayətinə baxılıb.

Bakupost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq təmin etməyib.

Məmməd İbrahim barəsindəki birinci instansiyanın 2 ay 15 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb ediliblər. Onlar AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar