Ru
13:20 / 08 Dekabr 2025

Abubakar “Neftçi”dən gedir? – Braziliya klubları ilə maraqlanır

Abubakar “Neftçi”dən gedir? – Braziliya klubları ilə maraqlanır
Eye

“Neftçi” klubunun kamerunlu legioneri Vinsent Abubakar 2026-cı ildə Braziliya futboluna transfer olmaq imkanlarını dəyərləndirir.

Bakupost.az Braziliya mediasına istinadən xəbər verir ki, 33 yaşı hücumçu artıq müxtəlif Braziliya klubları ilə maraqlanır.

Futbolçunun yaxın çevrəsi bildirir ki, xüsusilə Braziliyanın yüksək səviyyəli futbol liqası hücumçunun marağını çəkir.

Braziliya klublarının da kamerunluya marağı var və bu yeni xəbər deyil. İlk diqqət 2022-ci ilin Dünya Kubokundan sonra gündəmə gəlib. O, qrup mərhələsində Kamerun-Braziliya oyununda qalibiyyət qolunu vurmaqla Braziliya klublarının diqqətini çəkib.

Sonrakı illərdə bir neçə klub onunla maraqlanıb:

2023 – “Gremio”, “Luis Suarez”in “Inter Miami”yə keçməsi sonrası hücum üçün Abubakarı nəzərdən keçirib, amma rəsmi təklif edilməyib.

2024 – “Corinthians”, prezident Auqusto Melo tərəfindən aparılan ilkin danışıqların ardından əlavə şərtlər səbəbindən razılaşma əldə edə bilməyib.

2025 – “Sao Paulo” komandası hücumda yaranan boşluğu doldurmaq üçün Abubakarla əlaqə saxlayıb, lakin maliyyə tələbləri klub tərəfindən qarşılanmayıb və danışıqlar dayandırılıb.

Beləliklə, Abubakar 2026-cı ildə Braziliya futboluna keçməyi ciddi şəkildə düşünür və bu, onun karyerasında yeni mərhələ ola bilər.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar