Xalq yazıçısı Anar İçərişəhərdə Həsən bəy Zərdabinin heykəlinin yerinin dəyişdirilməsini təklif edib.
Bakupost.az “Modern.az” istinadın xəbər verir ki, yazıçı bu barədə Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.
“İçərişəhərdə ensiklopedoiyanın binası yerləşir. O bina ensiklopediya binası olanda onun qarşısında Zərdabinin heykəli qoyulmuşdu. İndi oranın birinci mərtəbəsi restorandır, nəticədə Zərdabinin heykəli doğru görünmür. Mən təklif edirəm ki, o abidənin yeri dəyişdirilsin, bizdə abidənin yerinin dəyişdirilməsi praktikası var”, - Anar bildirib.
O, heykəlin ADPU-nun bağına köçürülməsini təklif edib.