Ru
11:17 / 08 Dekabr 2025

Bir ailənin 4 üzvü turşudan zəhərləndi – Gəlinin vəziyyəti ağırdır

Bir ailənin 4 üzvü turşudan zəhərləndi – Gəlinin vəziyyəti ağırdır
Eye

Bərdədə 4 nəfər qidadan zəhərlənib.

Bakupost.az xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza, oğlu Şəmistan və onun arvadı Təhminə yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.

Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.

Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar