“Öz istəyi ilə gəlməyən öz istəyi ilə köçməyən dunyamızdan öz arzusu ilə köcənimiz oldu Eltac Zeynalov. Yaradıcılıqı və xarakteri ilə hamıdan fərqli idi. Bəzən acı dili ətrafdakılarla barışmaz idi. Gözlənilməz həyat acısını, həyat hekayəsini bölüşürdu yaradıcılıqında. Fotoqrafiya sənətində öz dəsti xəttini yaratmaqda idi”.
Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnayib Həsənoğlu sosial şəbəkədəki səhifəsində yazıb.
Fotoqrafın ölümündən təəssüfləndiyini bildirən birlik sədri statusunu “Bir soyuq, yağışlı gündə qovuşdu öz arzusu ilə sonsuzluğa. Heyif səndən ELTAC”, – sözləri ilə yekunlşaıdırb.
Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalov dekabrın 6-da dənizdə boğularaq ölüb.