Ru
11:07 / 08 Dekabr 2025

İrandan Azərbaycana qarşı kütləvi kiberhücum - Bu mesajları açmayın!

İrandan Azərbaycana qarşı kütləvi kiberhücum - Bu mesajları açmayın!
Eye

Bu gün kibertəhlükəsizlik mənbələri İranın “MuddyWater” haker qrupunun Türkiyə, İsrail və Azərbaycana qarşı yeni hücum kampaniyasına başladığını bildirib. Hücumlarda qrupun ilk dəfə tətbiq etdiyi “UDPGangster” adlı yeni təhlükəli proqramdan istifadə olunur.

Bakupost.az “Fortinet FortiGuard Labs” istinadən xəbər verir ki, hücumlar əsasən “speer-fishing” e-poçtları ilə yayılır. Mesajlar Şimali Kipr Türk Respublikası XİN-in adından göndərilir və guya “Prezident seçkiləri və nəticələr” adlı seminara dəvətdir.

E-poçtlara əlavə edilən Word sənədi açıldıqda və makrolar aktivləşdirildikdə, zərərli kod işləyir və sistemə “UDPGangster” yerləşdirilir. Sənəd açıldıqda istifadəçiyə “Bezeq” telekom şirkətinin adından hazırlanmış saxta bildiriş göstərilir.

Mütəxəssislər bildirirlər ki, hədəf əsasən, diplomatik qurumlar, dövlət strukturları və kritik sektor təşkilatlarıdır. Hücumların yaxın günlərdə genişlənə biləcəyi ehtimal edilir.

Kibertəhlükəsizlik mütəxəssisləri istifadəçilərə naməlum sənədləri açmamağı və makroları aktivləşdirməməyi tövsiyə ediblər.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar