Albaniyanın Dürres limanında Azərbaycan vətəndaşı olan gənc dənizçi həlak olub. Hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib.
Bakupost.az xəbər verir ki, 25 yaşlı dənizçi Əvəz Cəfərov Panama bayrağı ilə üzən və buğda daşıyan “Kybele” gəmisində elektriklə işləyərkən onu cərəyan vurub. Hadisə dünən yerli vaxtla saat 17:50-də (Bakı vaxtilə 19:50) baş verib. Dərhal Dürres Regional Xəstəxanasına çatdırılan dənizçinin həyat əlamətləri olmadığı üçün həkimlərin müdaxiləsinə ehtiyac qalmayıb.
Polis əməkdaşları hadisənin tam təfərrüatlarını araşdırır. Məlumatda bildirilir ki, gənc dənizçinin ölüm səbəblərinin dəqiq müəyyən olunması üçün istintaq aparılır.
Cavid, BakuPost