Ru
13:26 / 08 Dekabr 2025

Qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı

Qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Eye

Azərbaycan dilindəki bəzi qanunların dili olduqca çətindir.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

“Məsələn, Təhsil Haqqında Qanunda formal-informal təhsil, distant təhsil, kampus və sair kimi ifadələrə rast gəlinir. Tələbə yurdu desək, olmazmı, gərək kampusmu deyək?” - o əlavə edib.

Xalq şairi süni intellekt ifadəsinin də yanlış olduğunu bildirib.

“Bu ifadə süni intellekt deyil, süni zəka olmalıdır. Amma təməldən dilimizə özünə bu cür yer elədi və nəticədə yanlış formatda da qaldı. Belə dilimizdə nə qədər söz var…”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar