Ru
19:33 / 08 Dekabr 2025

Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident

Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
Eye

Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyənləşdirib.

İlham Əliyev həmçinin qeyd edib ki, Slovakiyanın uğurlu inkişafı Azərbaycanı çox məmnun edir:

"Slovakiya çox güclü sənaye potensialına malikdir. Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə üzləşirsiniz, amma bu, sizi yolunuzdan döndərmir".

Azərbaycan lideri, eyni zamanda, slovakiyalı həmkarı ilə bu gün informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında da müzakirə apardıqlarını söyləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar