MM-də dil müzakirələri: Xalq şairi məmurları günahlandırdı - VİDEO
196
Xalq şairi Sabir Rüstəmxanlı "Bakupost TV"-də müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin növbəti buraxılışını bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfransda aparılan müzakirələrə həsr edib.
O qeyd edib ki, Milli Məclisini sədri, millət vəkilləri, komitə sədrləri, dilçi alimlər, yazıçılar və digər peşə sahiblərinin iştirakı ilə təşkil olunan müzakirələrdə təxminn 7-8 məruzə edilib:
"Mən də Milli Məclisin Toponomika komissiyasının üzvü kimi öz sözümü dedim. Əvvəla, onu deyim ki, Prezidentin AMEA-nın yubileyindəki çıxışı çox parlaq çıxış idi. Orada ana dilinə geniş, əhatəli və son dərəcə dəqiq arqumentlərlə toxunulması, müəyyən tələblərin irəli sürülməsi əslində tək ədəbiyyat adamlarını deyil, bütün ölkə əhalisini sevindirməli, düşündürməlidir. Çünki dil millətin varlığıdır. Dil varsa, millət var, yoxdursa, millət də yoxdur".
S.Rüstəmxanlının sözlərinə görə, Prezidentin dil məsələsi ilə bağlı dedikləri yalnız Milli Məclisdə deyil, həm də bir sıra müəssisələrdə, iri tədris ocaqlarında, nazirliklərdə müzakirə olunmalıdır:
"Xüsusən o müəssisələrdə müzakirə olunmalıdır ki, oranın rəhbərləri öz ana dilində yaxşı danışa bilmirlər. Qoy müzakirə etdinlər və görsünlər ki, Prezidentin tələbləri nədən ibarətdir və onların real durumu necədir. Bu mənim çıxışımda vurğuladığım birinci məsələ idi.
İkinci məsələ qanunvericilik bazasının dilin əsas qoruyucu mənbələrindən biri olmasıdır. Bu gün qanunlarımız vasitəsilə dilimizə yad sözlərin axını var. Çünki qanunlarımız xarici ölkələrin təcrübəsi əsasənda hazırlanır. O qanunları hazırlayanlar bir sıra beynəlxalq sözlərin Azərbayca dilində qarşılığını tapa bilmirlər. Məsələn, distant təhsil. Bu nədir? Məsafədən təhsil, aralıdan təhsil, kənardan təhsil. O qədər söz tapmaq olar ki... Yazud, "kamp" sözü. Buna niyə "tələbə şəhərciyi" demirik? Yaxşı, "şəhərciyi" bəyənmirsən, elə "tələbə yurdu". Amma qarşısı alınmasa, bu cür sözlər axınla dilimizə dolar və Azərbacyan dilindən bir şey qalmaz".
18 ildir dil qurumuna başçılıq etdiyini xatırladan S.Rüstəmxanlı MM-dəki müzakirələrdə reklam və terminologiya məsələlərinə toxunulduğuna da diqqətə çəkib və qeyd edib ki, gələcəkdə Azərbaycan dilinin söz bazası mükəmməl şəkildə hazırlanmalıdır:
"Azərbaycan dilində nə varsa, hamısı o bazaya yerləşdirilməlidir. Bazar dili, küçə dili, folklor dili, eləcə də Güney Azərbaycanın dil materialları oraya yığılmalıdır".