Ru
08:30 / 11 Mart 2026

İranın əsas dini və ideoloji mərkəzi bombalandı

İranın əsas dini və ideoloji mərkəzi bombalandı
Eye

İranın şimalında yerləşən Qum şəhərinin ətrafı münaqişə başlayandan bəri ikinci dəfə raket hücumuna məruz qalıb.

Bakupost.az xəbər verir ki, məlumatı Tasnim xəbər agentliyi yayıb.

Qum əyalətinin təhlükəsizlik departamentinin sözçüsü agentliyə bildirib ki, şəhərin ətrafında ən azı üç hədəf raket zərbəsinə məruz qalıb. İlkin məlumata görə, mümkün ziyan və ya itkilərlə bağlı hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Qum şəhəri İranın dini təhsil mərkəzlərindən biri və rejimin ideoloji dayaqlarından sayılır. İranın ali dini liderini seçmək səlahiyyətinə malik olan Ekspertlər Şurasının qərargahı da məhz bu şəhərdə yerləşir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar