Ru
21:58 / 08 Dekabr 2025

"Kairos" tankerinin heyəti Bolqarıstanda təxliyə olundu

"Kairos" tankerinin heyəti Bolqarıstanda təxliyə olundu
Eye

PUA hücumuna məruz qalan "Kairos" tankerinin heyətinin Bolqarıstanda təxliyəsi başa çatıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Baş nazirinin müavini və nəqliyyat naziri Qrozdan Karajov brifinqdə bildirib.

"Kairos" tankerinin heyəti Axtopolda təxliyə olunub. Hazırda gəminin bütün sistemlərinin elektriklə təmin olunması, lövbərin qaldırılması və sonrakı mərhələdə təhlükəsiz yerə yedəklənməsi üçün generator da daxil olmaqla əlavə texniki avadanlığın çatdırılmasına hazırlıq görülür", - deyə Karajov vurğulayıb.

O, əlavə edib ki, gəmi sahibinin xahişi ilə üç heyət üzvü nəzarət üçün göyərtədə qalıb, qalan yeddi nəfər isə Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin helikopteri ilə təxliyə edilərək Varnadakı otelə yerləşdirilib.

Karacov əlavə edib ki, tankerin yedəklənməsi əlverişli hava şəraitində aparılacaq və gəmi təhlükəsizlik baxımından yoxlanıldıqdan sonra əməliyyatın təxminən bir həftə çəkəcəyi gözlənilir.

Xatırladaq ki, noyabrın 28-də Türkiyə sularında pilotsuz təyyarə ilə baş verən insidentdən sonra "Kairos" hərəkət qabiliyyətini itirib. Dekabrın 3-də Türkiyə gəmisi onu yedəkləməyə başlayıb, lakin dekabrın 5-də naməlum səbəblərdən yedəkləməni dayandırıb və tankeri Bolqarıstanın ərazi sularında tərk edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar