Londonda Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Fransa lideri Emmanuel Makron arasında danışıqlar başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Siyasətçilərin görüşü Britaniya Nazirlər Kabinetinin rəhbərinin Dauninq-stritdəki iqamətgahında keçirilir. Əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olacaq.
“Amerika tərəfdən gələn sənədlərdə gördüyümüz bəzi detallara şübhə ilə yanaşıram, lakin biz bunu müzakirə etməliyik. Bu, hamımız üçün müəyyənedici məqam ola bilər, ona görə də biz Ukraynaya dəstəyimizi davam etdirməyə çalışırıq”, - Merts bildirib.