Ru
21:53 / 02 Avqust 2025

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı - FOTO

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı - FOTO
Eye

"İnter Mayami”nin futbolçusu Lionel Messinin cangüdəni Yassin Çeuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.


“Qafqazinfo” xəbər verir ki, bu haqda “TyC Sports” məlumat yayıb.

Belə ki, amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatan “İnter Mayami” və “Atlas” matçının sonunda futbolçular arasında dava düşüb.

Mübahisə zamanı Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib. Bununla da onun turnirin sonuna qədər arenada olmasına qadağa qoyulub. “İnter Mayami” də oyundan sonra cangüdəninin davranışına görə cərimələnib.

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar