Ru
19:23 / 30 Aprel 2026

“O, dağılmış ölkəsini düzəltməklə məşğul olmalıdır” - Tramp

“O, dağılmış ölkəsini düzəltməklə məşğul olmalıdır” - Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” platformasında Almaniya Kansleri Fridrix Mertsi sərt tənqid atəşinə tutub.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Tramp paylaşımında almaniyalı həmkarını həm daxili, həm də xarici siyasətdəki uğursuzluqlarda ittiham edib.

O, Kanslerin diqqətini Almaniyanın daxili problemlərinə yönəltməli olduğunu bildirib:

“Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsinə son qoymağa daha çox vaxt sərf etməlidir (hansı ki, bu məsələdə tamamilə səmərəsizdir!). O, özünün dağılmış ölkəsini, xüsusilə immiqrasiya və enerji problemlərini düzəltməklə məşğul olmalıdır”.

Tramp həmçinin Almaniya rəhbərliyini ABŞ-nin İrana qarşı apardığı siyasətə mane olmamağa çağırıb. O qeyd edib ki, Merts İranın nüvə təhlükəsini aradan qaldıranlara mane olmaq əvəzinə, dünyanı və Almaniyanı daha təhlükəsiz yerə çevirmək üçün çalışanlara dəstək verməlidir.

Xatırladaq ki, Trampın bu bəyanatı son günlər Almaniya hökumətinin ABŞ-nin İran əməliyyatlarına və Ukrayna böhranındakı vasitəçilik roluna dair tənqidi yanaşmalarına cavab kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar